AZ

"Sumqayıt"ın Ronaldosu millidə növbəti matçına çıxdı

style='margin-bottom:10px;'>

"Sumqayıt"ın futbolçusu Ronaldo Vaskezin çıxış etdiyi Dominikan Respublikası yığması Kuba milli komandası ilə üz-üzə gəlib.

QOL.az xəbər verir ki, "CONCACAF Series"in ikinci mərhələsi çərçivəsində baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Hesabı 50-ci dəqiqədə kubalılar açsalar da, Dominikan Respublikası cəmi 3 dəqiqə sonra Dorni Romeronun qolu ilə tarazlığı bərpa edərək məğlubiyyətdən xilas olmağı bacarıb.

Vaskez bu matça start heyətində başlayıb və 68-ci dəqiqədə Edison Askona ilə əvəzlənib. 

Xatırladaq ki, daha öncə Dominikan Respublikası təmsilçiləri El Salvador yığması ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt"ın digər futbolçusu Abdul Raşid Mumininin çıxış etdiyi Benin yığması martın 31-də Qvineya ilə yoldaşlıq görüşü keçirəcək.

Seçilən
56
2
teleqraf.com

3Mənbələr