Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gültəkin Əsgərova küçəsində bir metrdən çox hündürlüyü olan su onlarla mənzilin içinə dolub.
Redaktor.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, nəticədə məişət avadanlıqları sıradan çıxıb.
Sakinlər bildiriblər ki, evləri suyun içindədir, əşyaları ələ gələn vəziyyətdə deyil.
Daha ətraflı videomaterialda: