Müğənni Azad Şabanov "Maska" şousundakı çıxışından yazıb.
Bakıvaxtı.az xəbər verir ki, şouda "Nərə" obrazını canlandıran ifaçı bunları bölüşüb:
"Bəli, şouda Nərə balığı olan "cool" balıq mən idim. Bu emosiyalara, adrenalinə və unudulmaz xatirələrə görə çox xoşbəxt və qürurluyam. Nərə balığının kimliyini, həyatını, daxili dünyasını və xarakterini düşünüb yarada bildiyimə görə üzərimdə əziyyəti olan ustadım, Azərbaycan Respublikasının Xalq artisti Vidadi Həsənova sonsuz təşəkkürümü bildirirəm. Balığın bütün həyatı və keçdikləri düşünülərək yaşandı. Səsi dəyişib obraza uyğunlaşdırmağım, oxuduğumu anlayıb çatdırmağım və maska çıxarılanadək səsimdən məni tanımadığınıza görə ustadım, müəllimim, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadəyə sonsuz təşəkkür edirəm.
Ana, ata, hər şey üçün çox sağ olun. Mənim üçün ən böyük fəxr sizin mənimlə fəxr etməyinizdir. Evimin nurunu və ocağını qoruyan, mənə sonsuz dəstək olan həyat yoldaşım, bu həyəcanları birlikdə yaşadığımıza görə varam". /axşam.az