AZ

Yolda tələskənliyə yol verməyin

ain.az bildirir, Milli.az portalına istinadən.

Bayram günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların hərəkəti artıb. Bu səbəbdən, xüsusilə magistral yollarda və şəhərlərə giriş-çıxışlarda intensivlik müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sürücülər tələskənliyə yol verməməli, ötmə və manevr qaydalarına xüsusi diqqət yetirməli, nəqliyyat vasitələri arasında ara məsafəsini qorumalıdırlar. Piyadalara da yolu keçərkən diqqətli olmaq və qaydalara əməl etmək tövsiyə olunub.

Qurum bir daha xatırladıb ki, yol hərəkəti iştirakçılarının məsuliyyətli davranışı ümumi təhlükəsizliyin təminatıdır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

3Mənbələr