AZ

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro ayırdı

Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Ayrılan vəsait müvafiq proqram çərçivəsində Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsinə yönəldiləcək.

Məbləğin 700 milyon avrosu raketlər, döyüş sursatları və pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərinin tədarükünə sərf olunacaq. Proqram çərçivəsində daha 260 milyon avro Ukraynanın hərbi istehsal sahələrinin inkişafına ayrılıb.

Layihənin icrasına martın 31-dən başlanması planlaşdırılır.

R. Əliyeva
Seçilən
55
1
azvision.az

2Mənbələr