AZ

Amerika İranda yeni silahları sınaqdan keçirir

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pentagonun İrana qarşı hücumların başladığı 28 fevral tarixində mülki yaşayış məntəqələrini hədəf alan bir zərbədə “döyüş şəraitində sınaqdan keçirilməmiş raketlərdən istifadə etdiyi” iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, “The New York Times” qəzetinin silah mütəxəssislərinə və vizual analizinə əsaslanan xəbərində bildirilir ki, ABŞ hücumların ilk günündə Fars əyalətinin Lamerd rayonunda, hərbi obyekt yaxınlığında yerləşən idman zalı və məktəbə zərbə endirərkən yeni hazırlanmış və döyüşdə sınaqdan keçirilməmiş ABŞ istehsalı ballistik raketlərdən istifadə edib.

Qeyd olunur ki, Lamerdə baş verən iki hücumun videolarını və hadisədən sonrakı görüntüləri bunları təsdiqləyib. Qəzet jurnalistləri və sursat mütəxəssislərinin fikrincə, silahın xüsusiyyətləri, partlayışların forması və dağıntıların miqyası “PrSM” adlı qısamənzilli ballistik raketlə uyğunluq təşkil edir.

Məlumata görə, “PrSM” raketinin prototip sınaqları ötən il tamamlanıb. 

ABŞ Mərkəzi Komandanlığı isə 1 mart tarixində hücumların ilk 24 saatı ərzində “PrSM” buraxılışını əks etdirən video yayımlayıb.

ABŞ rəsmilərindən biri də Lamerd hücumunda istifadə olunan raketin “PrSM” olduğunu təsdiqləyib.Bildirilir ki, raketin yeni olması səbəbindən “Lamerdəki “PrSM” hücumlarının qəsdən edilib-edilmədiyini, dizayn və ya istehsal qüsurundan qaynaqlandığını, yaxud yanlış hədəf seçiminin nəticəsi olub-olmadığını müəyyən etmək daha çətindir”.

İran mediasında yer alan məlumatlara görə, bu və yaxın ərazilərdə baş verən digər hücumlarda azı 21 nəfər həyatını itirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
1
cebheinfo.az

2Mənbələr