AZ

Azərbaycanda makaron ehtiyatı 12 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 min 531,8 ton makaron məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 0,1 % çoxdur.

Martın 1-nə müəssisələrin anbarlarında 150 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 12,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.

Seçilən
0
7
marja.az

8Mənbələr