Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilib - YENİLƏNİB
Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib. 1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, dövlət, hökumət nümayəndələri, media nümayəndələri iştirak edirlər. Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək. *** 11:45 Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir. 1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər. Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək. Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.