AZ

Rafiq Əzimov: Rasim Balayevdən bir daha olmayacaq

Rafiq Əzimov: Rasim Balayevdən bir daha olmayacaq

"Mən Rasim Balayevin belə ağır xəstə olduğunu bilmirdim. Elə bilirdim, sadəcə ayaqlarında yüngül problem var. Dünən saytlardan onun vəfat xəbərini oxuyanda şok keçirdim. Hələ də inanmaq istəmirəm ki, Rasim Balayev bizləri tərk edib".

Bunu AFN.az-a açıqlamasında Xalq artisti Rafiq Əzimov deyib. O, R.Balayevin həm ciddi, həm də komik rolların mahir ifaçısı olduğunu vurğulayıb: "Çox yüksək yumor hissi vardı. Azərbaycan Akademik Milli Dram Teatrındakı Dövlət bəy rolu teatrsevərlərin yaddaşına əbədi həkk olunub. Hələ tələbəlik illərindən çox gözəl qiraət ustası idi. Onu rəhmətlik Həsən Seyidbəyli Nəsimi roluna məhz televiziyada şeir söyləməyini eşidib bəyənmişdi.

Azərbaycan xalqı çox istedadlı xalqdır. Təbii ki, dünya şöhrətli aktyorlar yetişdirəcək. Amma Rasim Balayevdən bir daha olmayacaq".

Seçilən
12
2
afn.az

3Mənbələr