
Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
AFN.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
O, I Fəxri Xiyabanda dəfn ediləcək.
![]()