AZ

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

"Bütün dünya görməlidir ki, Azərbaycanda belə böyük sənətkarlar var. Bizim əsl müəllimimiz, böyük sənət ustası Rasim Balayev kimi sənətkarları biz yalnız zaman keçdikcə daha dərindən tanıyırıq".

Bu sözləri Xalq artisti Rafiq Əzimov Xalq artisti Rasim Balayevin vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, vaxtilə haqqında eşitdiyimiz obrazları isə onun ifasında görəndə anlayırıq ki, bu sənətkar nə qədər böyük məktəbdir.

"Rasim Balayev illərlə – yarım əsrdən artıq bir müddətdə teatr və kino sahəsində fəaliyyət göstərərək Azərbaycan mədəniyyətinə misilsiz töhfələr verib. Belə sənətkarlar yaşadıqca, Azərbaycan xalqının mədəniyyəti də yaşayacaq”.

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr