Bir neçə Yaxın Şərq və Cənubi Asiya ölkəsi 29 martda İslamabadda keçirilən xarici işlər nazirlərinin görüşündən əvvəl Hörmüz boğazının yenidən açılması ilə bağlı Vaşinqtona təkliflər təqdim edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, təkliflərə Süveyş kanalına bənzər şəkildə boğazdan keçid üçün ödəniş sistemi daxil olub:
“Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazından neft məhsullarının daşınmasını idarə etmək üçün konsorsium yaradılmasını məsələsini nəzərdən keçirib. Bu məsələ müvafiq olaraq ABŞ və İran nümayəndə heyətləri ilə müzakirə edilib”.