AZ

İtaliyalı paraşütçü dörd min metrdən yerə çırpıldı - FOTO

İtaliyanın Sardiniya adasında bədbəxt hadisə baş verib.

İdman.Biz xəbər verir ki, paraşüt idmanı ilə məşğul olan 51 yaşlı təcrübəli paraşütçü Simone Baççieqa yeni aldığı avadanlığı sınaqdan keçirərkən keçirdiyi qəza nəticəsində həyatını itirib.

Hadisə "Is Paulis" aerodromu yaxınlığında qeydə alınıb. Uzun illərdir bu idman növü ilə məşğul olan və 600-dən çox uğurlu atlayış həyata keçirən Baççieqa, təxminən dörd min metr hündürlükdən tullanıb. Tullanışın ilkin mərhələsi problemsiz keçsə də, eniş zamanı vəziyyət nəzarətdən çıxıb.

Şahidlərin sözlərinə görə, təcrübəli idmançı eniş trayektoriyasını düzəltmək üçün qəfil manevr etməyə çalışıb. Lakin bu zaman o, paraşütün idarəetməsini itirib və sürətlə hündürlük itirərək sərt şəkildə yerə çırpılıb. Hadisə yerinə dərhal xilasedicilər və tibbi yardım briqadası cəlb olunsa da, ağır yaralanan idmançının həyatını xilas etmək mümkün olmayıb.

İtaliya hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı təhqiqata başlayıb. Baççieqanın istifadə etdiyi yeni paraşüt avadanlığı ekspertiza üçün götürülüb. Mütəxəssislər qəzanın texniki nasazlıqdan, yoxsa insan amilindən qaynaqlandığını müəyyən etməyə çalışırlar. Yaxınları Simonenin hər zaman təhlükəsizlik qaydalarına ciddi riayət edən intizamlı bir idmançı olduğunu vurğulayıblar.

İdman.Biz
Seçilən
16
1
idman.biz

2Mənbələr