“The New York Times” (NYT) qəzeti mənbələrə istinadən bildirib ki, Yaxın Şərqdə yerləşdirilən Amerika qoşunlarının sayı 50 mini keçib.
Nəşr qeyd edir ki, “2500 dəniz piyadası və daha 2500 dənizçinin gəlişi Yaxın Şərqdəki Amerika qoşunlarının sayını 50.000-dən çoxa çatdırır ki, bu da adi haldan təxminən 10.000 nəfər çoxdur”.
Qəzetin məlumatına görə, paraşütçülərin yeri məlum deyil, lakin onlar İrandan zərbə endirmək üçün məsafədədirlər. Qeyd olunur ki, təxminən 40.000 əsgər adətən bölgədə, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, İraq, Suriya, İordaniya, BƏƏ və Küveytdəki ABŞ bazalarında və gəmilərində daimi olaraq yerləşdirilir.