AZ

Aleksandar Vuçiç: Böyük təhlükənin qarşısını son anda ala bildik

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Serbiya Proqressiv Partiyasının (SNS) Rəyasət Heyətinin üzvü, ölkə Prezidenti Aleksandar Vuçiç dünən ölkənin 10 şəhər və bələdiyyəsində keçirilmiş yerli seçkilərlə bağlı bəyanat verərək böyük təhlükənin qarşısının son anda alındığını bildirib.

"Report"un Balkan bürosu xəbər verir ki, dövlət başçısı qarşıda onları çətin dövrün gözlədiyini bəyan edib.

O vurğulayıb ki, bu dövrü nəzərə alaraq ölkədə birlik və həmrəyliyin təmin edilməsi məqsədilə addımlar atılacaq:

"Mən yalnız bir neçə cümlə ilə çıxış edəcəyəm və ümid edirəm ki, bu gün və bu axşam baş verənlərdən sonra bəzi şəxslər fərqli düşüncəyə malik olan insanlara qarşı aparılan təzyiq və qarayaxma kampaniyasını dayandıracaqlar. Bu gün biz böyük təhlükənin qarşısını son anda ala bildik. Bəzi şəxslər silah nümayiş etdirir, vətəndaşları təzyiq və təhdidə məruz qoyurdular. Hətta bəzi media qurumları çağrı mərkəzlərinə müdaxilə ediblər. Görünür, tərəfdarları seçkilərdə iştiraka təşviq etmək məqsədilə telefon zənglərinin edilməsinin arzuolunan demokratik praktika olduğunu anlamayıblar. Bu, dünyanın istənilən normal və sivil ölkəsində demokratik siyasi fəaliyyətin əsas komponentlərindən biridir. Lakin bəzi hallarda nifrət insanların düşüncə qabiliyyətinə təsir göstərir və onlar artıq nəyin doğru, nəyin yanlış olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər".

A.Vuçiç diqqətə çatdırıb ki, ən yüksək nəticələr Kladovoda qeydə alınıb, mübarizənin çətin keçəcəyi gözlənilir.

"Faiz göstəricilərini artırmaq meyli müşahidə olunur. Tələsməyə ehtiyac yoxdur. Qarşıda qeyri-müəyyən və çətin mübarizə var".

Xatırladaq ki, dünən Serbiyada 10 şəhər və bələdiyyədə yerli seçkilər keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sherg.az

2Mənbələr