AZ

İsrail Tehranda hərbi obyektlərə genişmiqyaslı zərbələr endirdi

İsrail
İsrail ordusu Tehrana kütləvi hava zərbələri endirib. 1news.az xəbər verir ki, İsrailin Müdafiə Ordusu İranın paytaxtı Tehran üzrə genişmiqyaslı hava hücumları həyata keçirdiyini açıqlayıb.
Məlumata görə, zərbələr şəhər boyunca hərbi infrastrukturu hədəf alıb. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, həmçinin ABŞ-nin Fars körfəzi regionunda yerləşən hərbi bazalarını hədəfə alıb.

Regionda gərginliyin artması fonunda bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Eyni zamanda, hücumlar nəticəsində İranın ali dini lideri Əli Xameneinin öldürüldüyü bildirilir.

Seçilən
22
1news.az

1Mənbələr