Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsrailin Müdafiə Ordusu İranın paytaxtına kütləvi hava hücumları təşkil edib.
Ölkə.az Report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.
"İsrailin Müdafiə Ordusu bütün Tehran boyunca hərbi infrastrukturu hədəf alır", - məlumatda deyilir.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.