Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb.
Publika.az xəbər verir ki, ümumtəhsil müəssisələrində may–iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı, bayramlara həsr olunmuş qeyri-iş günləri də olacaq.
May ayında tətil və qeyri-iş günləri:
• 1–5 may – ibtidai siniflər üçün bahar tətili
• 9 may – Faşizm üzərində Qələbə Günü
• 26–27 may – Qurban bayramı
• 28 may – Müstəqillik Günü
Bu tarixlərdə dərs prosesi dayandırılacaq və şagirdlər üçün rəsmi istirahət günləri olacaq.