AZ

"Qarabağ"dan xanım azarkeşlərinə jest

"Qarabağ" futbol klubu xanım azarkeşlərinə növbəti dəfə jest edib. Aprelin 3-də "Sabah"la keçiriləcək qarşılaşmada tribunadan komandaya dəstək olmaq istəyən qadınlar stadiona heç bir ödəniş etmədən daxil ola biləcəklər.

Musavat.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Sabah"la baş tutacaq oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Ağdam təmsilçisi bənzər təşəbbüsü 8 Mart - Beynəlxalq Qadınlar Günündə də reallaşdıraraq xanım azarkeşlərini sevindirmişdi.

Seçilən
23
2
musavat.com

3Mənbələr