AZ

“VAZ 2107” BYD ilə toqquşdu - Yaralılar var

Gəncədə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ 2107” və BYD markalı minik avtomobilləri toqquşması zamanı 3 nəfər xəsarət alıb.

Onlar 1998-ci il təvəllüdlü Aytac Məmmədova, 2000-ci il təvəllüdlü Mina Tağıyeva və 1997-ci il təvəllüdlü Həbibə Qədimovadır.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az" 

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr