AZ

Abbas Əraqçi: İran universitetlərinin bombalaması çarəsizliyin əlamətidir

BAKI, 29 mart. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi hesab edir ki, İsrail və ABŞ-nin İran universitetlərini bombalaması onların çarəsizliyinin əlamətidir.

Teleqraf xəbər verir ki, nazir bunu "X" platformasında bəyan edib.

Əraqçinin sözlərinə görə, İsrail və onun tərəfdaşı inanır ki, biliyi bombalamaqla məhv etmək olar.

"Bu illüziya İran alimlərinin qətllərində, İranın nüvə obyektlərinə hücumlarda və indi də universitetlərə hücumlarda aydın şəkildə özünü göstərir".

Əraqçinin qeyd etdiyi kimi, "bu cür hərəkətlər tamamilə çarəsizdir və nəinki faydasızdır, həm də İran xalqının elmi tərəqqi istəyini daha da alovlandırır".

Seçilən
20
teleqraf.com

1Mənbələr