AZ

12 000 manata təzə elektromobil

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropada ekeoloji normalar sərtləşdirildikdən sonra aşağı büdcəli avtomobillər yoxa çıxıb. Bu da ümumi bazara çox ciddi təsir göstərir. Lakin, başqa ölkələrdə aşağı qiymətə elektromobil də almaq mümkündür. 

Avtosfer.az xəbər verir ki, Hindistanın “Tata” şirkətinin “Punch” avtomobilinin benzin versiyasının qiyməti 560 min rupidir, təxminən 10 500 manat.   

Maşının elektrik versiyası (Punch EV) da çox baha deyil – 650 min rupi, və ya 12 min manat. Əlavə ödənişlə bir çox avadanlıq quraşdırmaq mümkündür.

Maşını ucuz edən əsas amil onun batareyasız satılmasıdır. Batareya ilə qiymət təxminən 18 min manatdır. Batareyasız alış hər bir halda sərfəlidir.

“Tata” şirkəti batareyanın icarəsi ilə də məşğuldur. İcarə tutumla deyil, gedilən yolla hesablanır. Hər kilometrə icarə haqqı 2,6 rupidir, təxminən 4 qəpik.

Barayeyanın gediş ehtiyatı 330 kilometrdir. Evdə 15 dəqiqəlik doldurma ilə 135 kilometr vqət etmək mümkündür. 

Daxili bazar üçün nəzərdə tutulan avtomobilə tələbat yüksəkdir.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
avtosfer.az

1Mənbələr