
Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ABŞ və İran arasındakı münaqişənin nizamlanması yollarını müzakirə ediblər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.
Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında o bildirib: "Biz regionda müharibənin tezliklə və qəti şəkildə dayandırılması yollarını müzakirə etdik. Razılaşdıq ki, bu müharibə heç kimə sərfəli deyil və yalnız itkilərə, dağıntılara gətirib çıxaracaq".