AZ

"Onun məşqçilik işi xoşuma gəlir, lazımi sakitliyə malikdir"

“İnter Mayami”nin həmsahibi Devid Bekhem, keçmiş komandası olan “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq yarımmüdafiəçi, Karrikin işindən razı qaldığını bildirib və onun bu vəzifə üçün uyğun namizəd olduğunu vurğulayıb:

“Karrik sakitliyi ilə seçilir və bu keyfiyyət belə böyük klubda işləyən məşqçi üçün vacibdir. Onun məşqçilik işi xoşuma gəlir, lazımi sakitliyə malikdir.

Bu, belə komandanın baş məşqçisi üçün önəmlidir. O, futbolçuları yaxşı tanıyır və kimin oynamalı olduğunu dəqiq bilir.

Məncə, Karrik “Mançester Yunayted” üçün uyğun məşqçidir”.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Karrikin klubla müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir.

Seçilən
0
34
sportinfo.az

10Mənbələr