AZ

“Mançester Siti” iki transfer üçün 220 milyon avro ayırıb

Bakı. Trend:

İngiltərənin “Mançester Siti” futbol klubu yay transferpəncərəsində heyətini gücləndirmək məqsədilə iki yeni oyunçu üçünböyük büdcə ayırıb.

Trend xəbər verirki, “Şəhərlilər” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və“Nottingem Forest”dən Elliot Andersonu transfer etməkniyyətindədir.

Mançester təmsilçisi hər iki futbolçu üçün ümumilikdə 220 milyonavro (440 milyon AZN) ödəməyə hazırdır.

Bildirilir ki, “Nyukasl” maliyyə “feyr-pley” qaydalarına əməletmək üçün bəzi aparıcı oyunçularını satmaq məcburiyyətində qalabilər. Bu vəziyyətdən yararlanmaq istəyən “Mançester Siti”nin rəsmitəklifi mövsümün sonunda təqdim edəcəyi gözlənilir.

Seçilən
57
az.trend.az

1Mənbələr