GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İsraildə sənaye zonasında güclü yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə İran raketinin qalıqlarının Neot Hovav sənaye zonasına düşməsi nəticəsində baş verib.
İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyi bildirib ki, yanğın zamanı təhlükəli kimyəvi maddələrin sızması ehtimalı araşdırılır. Lakin qurum vurğulayıb ki, hazırkı mərhələdə “Ramat Negev Regional Council” ərazisinə daxil olan yaxın yaşayış məntəqələri üçün hər hansı risk gözlənilmir.
İsrail mediasının məlumatına görə, hadisə nəticəsində bir nəfər şok dalğasının təsirindən yüngül xəsarət alıb.
Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində 40-cı magistral yol bağlanıb. Yerli hakimiyyət orqanları vətəndaşlara alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.