ABŞ-dən olan basketbolçu Kobi Montqomeri NTD komandasını tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, ABŞ-li basketbolçu NTD klubuna mövsümün əvvəlində qoşulmuşdu.