AZ

İran müharibəsi Rusiya ilə Hindistanı yaxınlaşdırır ŞƏRH

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu fikirlər siyasi şərhçi Elxan Şahinoğluna məxsusdur. O həmçinin diqqəti belə bir məqama yönəldib ki, Rusiya və Hindistan əməkdaşlığı genişləndirməyə qərar veriblər. Martin 23-də “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” adlı konfransda iki ölkənin akademik, ekspert və diplomatik dairələrinin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər. Çıxışlarda iki ölkə arasında siyasi tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Delhinin Moskva ilə strateji tərəfdaşlığını gücləndirməsi Hindistanın xarici siyasət prioritetləri arasında qalır. Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin dekabr ayında Yeni Delhiyə səfəri zamanı strateji tərəfdaşlığı gücləndirən sazişlər imzalanıb. Öz növbəsində Kreml Hindistanın baş nazir Narendra Modinin bu il ərzində Moskvaya səfər edəcəyini gözləyir. 2025-ci ildə ikitərəfli ticarətin həcmi təxminən 60 milyard dollar olub. Liderlər 2030-cu ilə qədər bu rəqəmin 100 milyard dollara çatdıılması məqsədini təsdiqləyiblər. Hər iki tərəf ticarətdə dollardan imtina etməyə çalışırlar. İki ölkə arasında ticarətin 96 faizi milli valyutalarda aparılır. “Bloomberg” agentliyinin məlumatına görə, Hindistanın neft emalı zavodları Rusiya nefti üçün dollarla yox, başqa valyutalarla ödəniş etməyə başlayıb. Şirkətlər rupini "rus alıcılarına" məxsus xarici hesablara göndərirlər. Rupi daha sonra Çin yuanına, BƏƏ dirhəmlərinə və Honkonq və ya Sinqapur dollarlarına çevrilir. Moskva ilə Yeni Delhi BRİCS təşkilatının gücləndirilməsinə çalışırlar. Narendra Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Yaxın Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək. Çünki, bölgədə ölkələrarası münasibətlər normallaşmadığı mühitdə yeni müharibələrin baş verməsi ehtimalı yüksəkdir. Belə vəziyyətdə bölgə ölkələrindən keçməsi planlaşdırılan nəqliyyat yollarının tikintisi real deyil. Yeni Delhinin Moskva ilə strateji tərəfdaşlığı gücləndirməsinə baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə strateji muxtariyyət kursundan da imtina etmir. Bu o deməkdir ki, Yeni Delhi ABŞ və Avropa İttifaqı ilə müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır. ABŞ və Avropa İttifaqı ölkələri Hindistanın əsas ticarət tərəfdaşlarıdır. Ona görə də Hindistanın Rusiya ilə yaxınlığı Qərbə qarşı yönəlməyib. Ancaq Yeni Delhi üçün iki qütb arasında balansı qorumaq asan deyil. Misal üçün İrana qarşı müharibə bitdikdən sonra Vaşinqton Yeni Delhidən Rusiya neftini alışını dayandırmasını yenidən tələb edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
6
azvision.az

7Mənbələr