Rumıniya yığmasının baş məşqçisi Mirça Luçesku millinin məşqi zamanı huşunu itirdikdən sonra təcili olaraq xəstəxanaya yerləşdirilib.
Adalet.az bu barədə "A Bola"ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 80 yaşlı M.Luçesku hətta qısamüddətli ürək dayanması keçirmiş ola bilər.
Rumıniya Futbol Federasiyasının nümayəndəsi bildirib ki, hazırda baş məşqçinin vəziyyəti stabildir.