AZ

Dağıstanda su basma nəticəsində minlərlə insan təxliyə olunub

Bakı. Trend:

Dağıstanın su basmış rayonlarından 3 338 nəfər, o cümlədən 1 033uşaq təxliyə edilib.

Trend xəbər verirki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, region ərazisinə yağan güclü yağışlar nəticəsindəilkin olaraq 760 yaşayış evi və 950 həyətyanı sahə su altındaqalıb.

Bildirilib ki, əhaliyə yardım göstərilməsi işləri davametdirilir, vəziyyətin daha mürəkkəb olduğu rayonlara qüvvə vəvasitələr operativ şəkildə yönləndirilir. Xilasedicilər sakinləriyüksək keçid qabiliyyətli texnika və üzən vasitələrin köməyi ilətəhlükəsiz ərazilərə çatdırırlar.

Həmçinin, toplanmış tullantıların təmizlənməsi və daşınması üçünəlavə qüvvələr cəlb olunub. Ümumilikdə fəsadların aradanqaldırılmasına 670-dən çox şəxs və 224 ədəd texnika cəlbedilib.

Seçilən
68
2
az.trend.az

3Mənbələr