AZ

Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Son günlər havaların intensiv yağmurlu keçməsi və yağıntının normadan qat-qat artıq olması Abşeron rayonunun bir sıra ərazilərində subasma halları ilə müşahidə olunub. Yağışlar xüsusilə rayonun ən böyük yaşayış məntəqələri olan Xırdalan şəhəri və Masazır kəndində də ciddi fəsadların yaranmasına gətirib çıxarıb.

Abşeron Rayon İcra Hakimiyyətindən SİA-ya bildiriblər ki, aramsız yağan yağışın yaratdığı fəsadların aradan qaldırılması, küçələrdə və məhəllələrdə yığan suyun kənarlaşdırılması istiqamətində dərhal lazimi tədbirlərin görülməsinə başlanılıb. Belə ki, martın 27-si səhər saatlarından etibarən Abşeron Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yerli idarələri ilə birgə, o cümlədən yerli bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və rayonun digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışıblar.

Təbiət hadisəsi ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətində aidiyyatı qurumların əməkdaşları ilə birgə qərargah yaradılıb. Hazırda Abşeron Rayon Fövqəladə Hallar Komissiyası aidiyyatı qurumlarla birgə fəaliyyət göstərir və bu istiqamətdə həyata keçirilən fəaliyyətimiz davam etdirilməkdədir.

Məlumat üçün bildiririk ki, iki gün ərzində ehtiyac duyulan ərazilərdən əhalinin təxliyəsi həyata keçirilib. Təxliyə olunan insanlar üçün sığınacaqlar yaradılıb, eyni zamanda, gecələmələri üçün kirayə evlər tutulub. Bir çox ünvanlarda subasmanın qarşısı alınıb. Nasosxanaların fəaliyyəti xüsusi nəzarətə götürülərək gücləndirilmiş rejimə keçirilib.

Seçilən
1
6
sia.az

10Mənbələr