Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş Dövlət katibi Lalə Şövkətin səhhətində yaranan problemlərə görə, təcili olaraq Türkiyəyə aparıldığı və orada özəl klinikaların birinə yerləşdirildiyi ilə bağlı xəbər yayılıb. İddia edilir ki, Lalə Şövkət bacısı oğlunun gənc yaşda qəfil ölümündən sonra dərin stress keçirib, ona görə də səhhətində ciddi problemlər yaranıb.
Publika.az xəbər verir ki, siyasətçinin oğlu Sidqi Şövkət Teleqraf-a açıqlamasında anasının son durumu ilə bağlı məsələlərə aydınlıq gətirib.
O bildirib ki, bu xəbər həqiqətə uyğun deyil: “Həmişəki kimi, şayiədir. Lalə xanım evdədir və səhhəti də normaldır. Ürək xəstəliyinə görə evdə mütəmadi olaraq müalicə alır".
Sidqi Şövkət əlavə edib ki, bildiyiniz kimi bizə böyük itki üz verdi: “Hələ ki, o stressdən sonra özümüzə gələ bilmirik”.