“Yolunu gözləyirdim, amma belə gələcəyini düşünməzdim”.
Aktrisa bildirib ki, bu xəbər onu dərindən sarsıdıb:
“Çox pisəm, sözün açığı, özümə gələ bilmirəm. Belə bir xəbər gözləmirdim. Yolunu gözləyirdim, amma belə gələcəyini heç düşünməzdim. O, təkcə böyük sənətkar deyildi, həm də çox gözəl insan idi. Hər zaman səmimiyyəti, sadəliyi ilə seçilirdi. Allah rəhmət eləsin. Bu, həqiqətən faciəvi hadisədir. Biz böyük bir sənətkarı, Azərbaycan mədəniyyətinin sütunlarından birini itirdik”.