ABŞ-da yaşayan və futbol məşqçisi kimi fəaliyyət göstərən Nicat Qurbanov Sportal.az saytına açıqlama verib.
Azərbaycanın aşağı yaş qruplarından ibarət yığma komandalarında, həmçinin “Neftçi”, “Zirə” kimi klublarda oynamış Qurbanov Nəriman Axundzadənin MLS-də, “Kolumbus Kryu”da debüt etməsinə münasibət bildirib.
Aktiv futbolçu karyerasını başa vurmuş həmyerlimiz Nərimanın ABŞ-da uğurlu ola biləcəyinə inandığını deyib:
"Nəriman demək olar ki, 2 aydan sonra ilk oyununa çıxdı. Düzdür, vaxt baxımından az oynadı. Buna görə də tam qiymətləndirmək olmur oyununu. Amma Allah qoysa, bundan sonra daha çox oynayar. Nəriman elə yerdədir ki, hər şey özündən asılıdır. İlk oyunlar həmişə çətin olur — yeni mühit, yeni komanda yoldaşları... Bunların hamısı oyuna təsir edən faktorlardır. Ancaq inanıram ki, Nəriman bizi hələ çox sevindirəcək. Ona karyerasında uğurlar arzu edirəm!".
Mirbağırağa
saytlarin hazirlanmasi