AZ

Ərzaq böhranı təhlükəsi yaranıb - Pedro Sançes

ABŞ və İsrailin İrana qarşı əməliyyatı yanacaq qiymətlərinin artmasına gətirib çıxarıb və mümkün ərzaq böhranı təhlükəsi yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes lideri olduğu Sosialist Fəhlə Partiyasının tərəfdarlarına ünvanladığı məktubda bildirib.

"Son hadisələr səbəbindən yaranan qeyri-sabitlik bütün regiona və bütövlükdə planetə təhlükə yaradır. Biz artıq bir aydır ki, Yaxın Şərqdə açıq müharibəni müşahidə edirik: 2 mindən çox insan həyatını itirib, 4 milyon insan evlərini tərk etməyə məcbur olub, tədarük zəncirləri pozulub, neft və qaz qiymətləri kəskin artıb və üfüqdə ərzaq böhranı təhlükəsi yaranıb", - məktubda qeyd olunub.

Seçilən
6
5
ikisahil.az

6Mənbələr