AZ

SEPAH “Gerçək vəd 4” əməliyyatının 86 cı dalğasını həyata keçirib

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd – 4" əməliyyatının 86-cı dalğasını həyata keçirib.

"Report" İran mediasına istinadən xəbər verir ki, bu barərə SEPAH məlumat yayıb.

"ABŞ-nin "Viktoriya" (İraqda yerləşir), "African" (Küveytdə yerləşir), Əl-Dafra (BƏƏ-də yerləşir) və Əl-Xərc (Səudiyyə Ərəbistanında yerləşir) bazalarına hava zərbələri endirilib", - məlumatda bildirilib və qeyd olunub ki, hücumlarda raketlərlə yanaşı, pilotsuz uçuş aparatlarından (PUA) da istifadə edilib.

Əlavə olunub ki, "Gerçək vəd – 4" əməliyyatının 86-cı dalğasında İraqın Ərbil şəhəri atəşə tutulub:

"Daha sonra ABŞ ordusunun bölgədəki məntəqələrinə zərbələr endirilib. ABŞ-nin 5-ci Dəniz Donanması hədəfə alınıb. İsrailin Nəqəb, Arad və Təl-Əviv şəhərləri bombalanıb".

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Martın 25-də ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
4
azpolitika.info

5Mənbələr