AZ

Azərbaycan boksçuları Əhməd Comərd turnirinə qatılır

Martın 30-da Türkiyənin İstanbul şəhərində boks üzrə ənənəvi 34-cü beynəlxalq Əhməd Comərd turniri start götürəcək.

İdman.Biz xəbər verir ki, aprelin 5-nə qədər davam edəcək bu nüfuzlu yarış Bağcılar rayonundakı “Complex İstanbul” idman zalında təşkil olunacaq.

Yeddi gün davam edəcək mübarizədə Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Məşqçilər Ayaz Baxşıyev və Elnur Kərimlinin rəhbərliyi altında aşağıdakı boksçularımız rinqə çıxacaqlar:

Ucal Musayev (50 kq)
Elbrus Kərimli (60 kq)
Cəlal Qurbanov (65 kq)
Vüqar Mamedov (70 kq).

Yarışda ədalət təmsilçiləri arasında azərbaycanlı referilər də yer alacaqlar. Yasəf Quliyev və Şaban Şahpələngov turnirdə ölkəmizi hakim kimi təmsil edəcəklər. Komandamız İstanbula Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, altı illik fasilədən sonra yenidən bərpa olunan və Türkiyə Boks Federasiyası tərəfindən təşkil edilən bu turnirdə 15-dən çox ölkənin, o cümlədən Qazaxıstan, Özbəkistan, Avstraliya, İrlandiya, Almaniya, Serbiya, Rumınya, Xorvatiya, Bolqarıstan, Gürcüstan, Tacikistan və Ukraynanın 350-yə yaxın idmançısının iştirakı gözlənilir.

İdman.Biz
Seçilən
17
1
idman.biz

2Mənbələr