AZ

Şimali Koreya ABŞ-yə çata biləcək raket mühərrikini sınaqdan keçirdi

Şimali Koreya modernləşdirilmiş bərkyanacaqlı raket mühərrikinin yerüstü sınağını keçirib.

"Associated Press" agentliyi xəbər verir ki, bu mühərrik ABŞ-nin materik ərazisini vura bilən qitələrarası raketlərdə istifadə oluna bilər.

Şimali Koreya lideri Kim Çen In mühərrikin sınaqdan keçirilməsini şəxsən müşahidə edib və onu müdafiə inkişafının beşillik planı çərçivəsində ölkənin strateji silahlarının ən yüksək səviyyəyə çıxarılması üçün böyük əhəmiyyət daşıyan hadisə adlandırıb.

Karbon kompozitindən hazırlanmış yeni mühərrik təxminən 2.5 min kilonyutonluq maksimal itələmə qüvvəsi inkişaf etdirir ki, bu da ötən ilin sentyabrında sınaqdan keçirilmiş oxşar bərkyanacaqlı mühərrikdən (1.97 min kilonyuton) daha böyükdür.//Oxu.az

Seçilən
11
4
musavat.com

6Mənbələr