AZ

Kilsədə insident: Paşinyana yumruq atdılar - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvanda keçirilən dini mərasim zamanı gərgin anlar yaşanıb.

Musavat.com xəbər verir ki, hadisə paytaxtdakı Müqəddəs Anna kilsəsində Tsaxkazard (Palma bazarı) liturgiyası başa çatdıqdan sonra qeydə alınıb.

Yerli KİV-lərin yaydığı məlumata görə, baş nazir tərəfdarları ilə birlikdə kilsəni tərk edərkən bir nəfər ona yaxınlaşmağa cəhd göstərib. Mühafizə əməkdaşları dərhal müdaxilə edərək həmin şəxsin Nikol Paşinyana yaxınlaşmasının qarşısını alıblar. Bildirilir ki, gənc şəxs emosional şəkildə “Mənə elə baxma” ifadəsini səsləndirib və ardınca baş nazirə doğru zərbə endirməyə çalışıb.

İnsidentin digər detalları və həmin şəxsin kimliyi ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
9
1
musavat.com

10Mənbələr