AZ

Hər evdə olan bu iki məhsulun qarışığı mətbəxdəki illərin kirini asanlıqla təmizləyir

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mətbəxdə illərlə yığılan yağ və kir problemlərinə qarşı sadə, amma təsirli üsullar mövcuddur. Kimyəvi təmizləyicilərdən uzaq durmaq istəyənlər üçün ev şəraitində hazırlanan qarışıqlar həm sağlam, həm də qənaətcil alternativ kimi təqdim olunur.Demokrat.az bildirir ki, məişət təmizliyində ən çətin sahələrdən sayılan qaz plitəsi, aspirator və mətbəx çanağında yaranan qalıcı ləkələri aradan qaldırmaq üçün təbii vasitələrin kifayət etdiyi bildirilir.Yağ ləkələrinə qarşı ən effektiv üsullardan biri kimi soda və sirkə qarışığı göstərilir. Çirkli səthə əvvəlcə bol miqdarda soda səpilir, ardından üzərinə ağ sirkə əlavə olunur. Qarışıq köpükləndikdən sonra 10–15 dəqiqə gözləmək kifayətdir. Bu müddətdən sonra yumşalan yağ qatı süngərlə asanlıqla təmizlənir.Ərp ləkələri üçün isə limon ön plana çıxır. Mətbəx kranlarında və çanaq ətrafında yaranan ağ izlər limonun turşulu xüsusiyyəti sayəsində tez parçalanır. Limonu birbaşa səthə sürtmək və ya suyunu töküb bir qədər gözlətmək kifayət edir. Daha sərt ləkələrdə limon dilimlərini səthə bərkidərək bir müddət saxlamaq tövsiyə olunur.Aspirator filtrlərində toplanan qalın yağ qatını təmizləmək üçün qaynar suya soda əlavə edilərək filtr həmin məhlulda saxlanılır. Bu üsul yağın əriməsini sürətləndirir və filtrin əvvəlki kimi işləməsinə kömək edir.Sobanın içərisində yığılan yanıq qalıqları və qoxular üçün soda ilə hazırlanan pasta istifadə olunur. Qarışıq çirkli səthə çəkilir və bir neçə saat, daha yaxşı nəticə üçün isə gecə boyu saxlanılır. Sonra səth silindikdə kirin asanlıqla təmizləndiyi müşahidə olunur.Qeyd edilir ki, bu üsulların effektli olması üçün təmizliyin mütəmadi aparılması vacibdir. Bu halda həm mətbəxdə gigiyena qorunur, həm də ağır kimyəvi vasitələrdən istifadəyə ehtiyac qalmır.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
9
demokrat.az

10Mənbələr