AZ

Polis Binəqədidəki yanğına görə hərəkətə keçdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr