"Football-plus.az" xəbər verir ki, Sadıxov sosial şəbəkə hesabında həmyerlisini təbrik edərək, Musayevin nümayiş etdirdiyi xarakter və dözümlülüyü xüsusi vurğulayıb.
O, paylaşımında bu maraqlı ifadələri işlədib:
“Bunlar spartalı deyil, bunlar azərbaycanlıdır!”
Xatırladaq ki, Tofiq Musayev çilili İqnasio Bahamondes üzərində hakimlərin yekdil qərarı ilə qalib gələrək UFC karyerasında ilk zəfərini rəsmiləşdirib.