AZ

Qalibaf: ABŞ-nin hərbi nüfuzu sarsılıb

BAKI, 29 mart. TELEQRAF

ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu və Prezident Donald Trampın yürütdüyü siyasət ölkənin qlobal nüfuzuna ciddi zərbə vurub.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

M.B.Qalibaf qeyd edib ki, Tramp Avropa ölkələri ilə hərbi və siyasi əməkdaşlığı təmin edə bilməyib. Onun sözlərinə görə, mövcud vəziyyət enerji bazarını nəzarətsiz qoyub və qlobal miqyasda ərzaq inflyasiyası təhlükəsini qaçılmaz edib.

Spiker həmçinin ABŞ-nin hərbi simvollarının - "F-35" qırıcılarının, aviadaşıyıcıların və regional bazaların ciddi zərər gördüyünü vurğulayaraq, bunun Amerikanın hərbi qüdrətinin sarsılmasının göstəricisi olduğunu bildirib.

Seçilən
19
2
teleqraf.com

4Mənbələr