AZ

Çində bina uçub: 9 nəfər dağıntı altında qalıb

Pekin, 29 mart, AZƏRTAC

Çinin şimal-şərqindəki Heyloncian əyalətində binanın bir hissəsinin uçması nəticəsində 9 nəfər dağıntı altında qalıb.

AZƏRTAC əyalət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə gecəyarı Haylin qəsəbəsində dəmir yolu vağzalının yaxınlığında baş verib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
47
2
azertag.az

4Mənbələr