AZ

Aprel ayında bu bayram 2 dəfə qeyd ediləcək: dəqiq tarixlər

ain.az bildirir, GlobalInfo portalına istinadən.

2026-cı ildə Pasxa bayramı xristian dünyasında fərqli tarixlərdə qeyd olunacaq.

Globalinfo.az xəbər verir ki, Katolik və protestant Pasxası 5 apreldə, Pravoslav Pasxası isə 12 apreldə keçiriləcək.

Pravoslav bayram ayinləri 11-12 aprel gecəsi keçiriləcək, möminlər “Məsih dirildi!” salamını eşidəcək və gecə boyu kilsələrdə toplaşacaqlar.

Qeyd edək ki, Pasxa hər il fərqli tarixə düşür. Çünki bayram yaz bərabərliyi və ilk dolunaydan sonrakı bazar günü müəyyən olunur.

Bayram Məsihin dirilməsini və həyatın ölüm üzərində qələbəsini simvollaşdırır.

Leyla Əlisoy

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr