AZ

“Barselona” Levandovskiyə yeni müqavilə təklif edəcək

İspaniyanın “Barselona” futbol klubu polşalı hücumçusu Robert Levandovskiyə maaşının əhəmiyyətli dərəcədə azaldılması şərti ilə birillik yeni müqavilə təklif etməyə hazırlaşır.

İdman.Biz “Sport.es” nəşrinə istinadla xəbər verir ki, təcrübəli forvardın klubdakı gələcəyi baş məşqçi Hans-Diter Fliklə keçiriləcək görüşdən sonra bəlli olacaq. Kataloniya təmsilçisi aprelin sonu və ya mayın əvvəlinə qədər futbolçudan cavab gözləyir.

Məlumata görə, yeni sözləşmədə Levandovskinin maaşının təxminən 50% azaldılması nəzərdə tutulur. Hazırda “Barselona”da özünü xoşbəxt hiss edən 37 yaşlı hücumçunun komandada daha ikinci dərəcəli rol almağa razı olduğu bildirilir.

Qeyd edək ki, Robert Levandovski cari mövsümdə bütün turnirlərdə keçirdiyi 37 oyunda 16 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

İdman.Biz
Seçilən
17
1
idman.biz

1Mənbələr