AZ

Nərimanovda 24 saat küçələrdə işləyən MKTB-nin əməkdaşları yorulmadan çalışır

Azə\rbaycanda son iki gündə intensiv yağan yağışlar ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Bakı şəhərində də təxirəsalınmaz tədbirlər görülür. 

Azia.az bildirir ki, Nərimanov rayonu  Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları rayon ərazisində əraziyə baxış zamanı problemli nöqtələri müəyyən ediblər. Xüsusilə yağış sularının normal axını üçün su barmaqlıqları və drenaj xətləri diqqət mərkəzində olub. 24 saat çalışıblar və davam edirlər. Fasiləsiz iş rejimi onları üzərlərinə düşən məsuliyyətin böyüklüyünü bir daha ortaya qoyur. 

Aparılan təmizləmə işləri nəticəsində su barmaqlıqları yığılan tullantılardan və lil qatından azad edilib, bununla da yağış sularının maneəsiz axını təmin olunub. Görülən tədbirlər sayəsində ərazidə suyun səviyyəsi qısa müddətdə azalıb və sakinlərin gündəlik həyatına mənfi təsir minimuma endirilib.

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, hava şəraitinin qeyri-sabit keçdiyi günlərdə bu cür operativ müdaxilələr davamlı xarakter daşıyacaq. Eyni zamanda, vətəndaşlara da yağış sularının axınına mane ola biləcək tullantıların küçələrə atılmaması tövsiyə olunur.

Gün ərzində həyata keçirilən tədbirlərlə yanaşı, axşam saatlarında da işlər dayandırılmadan davam etdirilir.

Mütəxəssislərə görə, vaxtında aparılan profilaktik tədbirlər gələcəkdə oxşar problemlərin qarşısını almaqda mühüm rol oynayır.


Seçilən
16
azia.az

1Mənbələr