Abşeron ərazisində yağan güclü və aramsız yağışlar ciddi fəsadlara səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, Abşeron Ticarət Mərkəzi tamamilə su altında qalıb.
Hadisə nəticəsində ticarət mərkəzində yerləşən bütün mağazalara su dolub. Sahibkarlar və işçilər malların zərər gördüyünü bildirirlər. Əraziyə axan yağış suları drenaj sisteminin yükə tab gətirməməsi səbəbindən sürətlə içəri dolub.
Hazırda ərazidə vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Aidiyyəti qurumların hadisə yerinə cəlb olunduğu və suyun çəkilməsi üçün işlərin aparıldığı bildirilir.
İlkin məlumata görə, xəsarət alan olmasa da, maddi ziyanın böyük olduğu ehtimal edilir. Hadisənin dəqiq səbəbləri araşdırılır.