Tofiq Musayev ABŞ-nin Sietl şəhərində çilili İqnasio Bahamondesi məğlub edərək Mütləq Döyüş Çempionatında (UFC) qazandığı ilk qələbəni şərh edib.
"Report" xəbər verir ki, 36 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Sənə inanmadıqları zaman sən əksini sübut edirsən", - o vurğulayıb.
Qeyd edək ki, Tofiq Musayev 3 raundun sonunda İqnasio Bahamondes üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bu onun UFC-də keçirdiyi ikinci döyüşündə ilk qələbəsi olub.