Bakı. Trend:
Martın 28-də ölkədə cinayət törətməkdə şübhəli bilinən 17 nəfərsaxlanılıb.
Bu barədə Trend-əDaxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlkidövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxsqismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.